Qaynar xətt:

(+99450) 247 90 86

Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

2019-05/1558158005_09-38-10-1558156964_1.jpg

DÜNYA

1008

18.05.2019, 10:25

\"\" Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inauqurasiyasına gedəcək beş ölkə prezidentinin adı təsdiqlənib.
Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Yekatrina Zelenko məlumat verib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri iştirak edəcəklər.
Bundan başqa, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də səfərini təsdiqləyib.
XİN nümayəndəsinin sözlərinə görə, Rusiya tədbirə dəvət edilməyib: “Biz tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”.
Qeyd edək ki, Ali Rada Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib.