Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
16.04.2025, 20:12
Keniyanın Eldoret şəhərində yerləşən "Mediheal" xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alırlar.
Oxu24.com xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan "Der Spiegel", ZDF və "Deutsche Welle"nin birgə araşdırması nəticəsində üzə çıxıb.
Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilirlər.
Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə "yaxın qohum" kimi göstərilirlər və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.
Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.
Həmçinin oxuyun
Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10 000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fişer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.
Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın "tamamilə təmənnasız" olduğu göstərilsə də, pasiyent "MedLead" agentliyinə 100 000 - 200 000 ABŞ dolları arasında məbləğ ödədiyini etiraf edib.
Hesabatda adı keçən "Mediheal" xəstəxanasının qurucusu və rəhbəri hindistanəsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya "BioVax" vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.
Hazırda isə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.