Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13329
az

İranın ABŞ qüvvələrini vuracaq raketləri görüntüləndi

10:0917 May, 2019
854
  • A
 
ABŞ-ın Bəsrə körfəzinə hərbi qüvvələrini göndərməsinin səbəbi ortaya çıxıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Nyu-York Tayms” informasiya yayıb.

Qəzetin adı açıqlanmayan amerikalı səlahiyyətli şəxslərə istinadən qaldırdığı iddiaya görə, İran İnqilab Keşikçiləri Ordusuna aid qayıqlar raketlərlə təchiz olunub. ABŞ bu hadisədən peyk görüntüləri vasitəsilə xəbərdar olub. Kəşfiyyat sözügedən görüntüləri körfəzdəki ABŞ donanmasına hücum planı kimi dəyərləndirib. Əlavə olaraq, ticarət gəmilərinə qarşı hücum planlarına dair bilgilər əldə olunduğu da bildirilib. İraqda İran dəstəkli qruplaşmaların ABŞ əsgərlərinə hücum edə biləcəyinə dair xəbərlərin çıxması Vaşinqtonu hərəkətə keçirib. Bu iddialar Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeonun “İran ABŞ hədəflərinə qarşı hücuma keçəcək” qənaətini qüvvətləndirib.

Körfəzdə nə baş verir?

ABŞ ötən həftə İrandan gələ biləcək təhlükələrə qarşı tədbir məqsədilə "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisini, 4 nüvə potensiallı B-52 bombardman təyyarəsini körfəzə göndərmişdi. Pentaqon bunun ardınca "USS Arlington” amfibiya gəmisi və “Patriot” havadan müdafiə sistemi göndərildiyini açıqlamışdı.

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri İranın öz sahillərində 4 ticarət gəmisinə hücum etdiyini iddia etmişdi. Bundan sonra ABŞ İranın gözünü qorxutmaq üçün F-15 və F35 qırıcılarını havaya qaldırmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
Komediya ustası vəfat edib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi