Türkiyənin İzmir şəhərində dəhşətli hadisə yaşanıb.
Oxu24.com bildirir ki, Cavid adlı şəhər sakini ondan ayrılmaq istəyən 4 aylıq hamilə arvadını restorana aparmaq adıyla avtomobilinə mindirib. Həyat yoldaşını dağlıq əraziyə gətirən 25 yaşlı gənc onu 7 yerindən bıçaqlayıb. Xoşbəxtlikdən uşaq və ananın sağlamlığında ciddi fəsad yaranmayıb.
Qızın anası polisə açıqlamasında yeznəsinin uzun müddətdir narkotik vasitəsi istifadə etdiyini, hətta hadisədən 3 həftə əvvəl qızının barmağını qırdığını bildirib.
Faktla bağlı araşdırma başladılıb. Oxu24.com
ŞƏRHLƏR