Türkiyənin Van əyalətinin İranla sərhəd Kaşkol məhəlləsində donaraq ölmüş 9 kişi meyiti tapılıb.
Oxu24.com Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə yerinə gələn jandarma qruplarının axtarış-araşdırma tədbirləri nəticəsində məhəllənin Böğrüpek sahillərində eyni yerdə 8 kişi meyiti, yüz metr məsafədə isə başqa bir meyit tapılıb. Araşdırmadan sonra xarici ölkə vətəndaşı olduğu məluma olan 9 nəfərin qışda donaraq öldüyü və qarların əriməyə başlaması ilə cəsədlərinin ortaya çıxdığı məlum olub. Ölənlərin 18-25 yaş aralığında olduğu deyilir.
Meyitlər araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Cəsədlərin Türkiyəyə qaçaq yollarla keçməyə çalışan miqrantlara aid olduğu güman edili
Oxu24.com
ŞƏRHLƏR