Rusiya prezidenti Vladimir Putin “hipersonik” silahlara qarşı müdafiə sistemlərinin yaradılması üçün göstəriş verib.
Redaktor.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Kreml rəhbəri bu barədə Kosmik və Hava Qüvvələrinin nümayəndələri ilə görüşü zamanı deyib:
“Rusiyadan başqa hələki “hipersonik” silahlara malik ölkə yoxdur. Lakin biz yaxşı başa düşürük, xarici ölkələr nə vaxtsa bu silaha sahib olacaq. Ona görə də, xarici ölkələrin orduları bu silahı əldə etmədən biz ona qarşı müdafiə sistemləri hazırlamalıyıq. Mütəxəssislər söhbətin hansı məsələdən getdiyini yaxşı bilir. Bu məsələyə həssas yanaşmalıyıq”.
Qeyd edək ki, Rusiyanın sahib olduğu yeni səsdən sürətli silahlar radarlarda görünmür və dünyanın istənilən məntəqəsini vura bilir. Həmin silahlardan təkcə Rusiya ordusunun arsenalında var.
Oxu24.com
ŞƏRHLƏR