Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı gənc Rusiyada çimərlikdə batdı - Meyiti tapılmır

2019-05/1557635669_screenshot_51.jpg

DÜNYA

1224

12.05.2019, 08:34

\"\"  Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.
Ufa1-in məlumatına əsasən, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb. \"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu\", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib. Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar.