Robert Müller vəfat etdi
22 Mart 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
5457
12.05.2019, 07:28
Həmçinin oxuyun
5. Qrodner Pass, İtaliya, 1968-ci il: Valter Rizzi motosikleti ilə gedərkən dairəvi bir diski xatırladan uçan əşya gördüyünü cə dərhal əyləci basdığını deyir. Daha sonra disk yerə enir, içərisindən portağal rəngli dərili, keçəl başlı və pişik gözünə oxşayan gözləri ilə bir neçə varlıq çıxır. Rizzinin dediyinə görə yaxınlaşan varlıqlar onunla söhbətə başlayıblar. Planetimizə maqnit sahələrinin köməyi ilə gəldiklərini deyən yadplanetlilər burada tez qocaldıqlarını və ona görə də çox qala bilmədiklərini deyiblər. daha sonra yadplanetlilər Rizziyə dünyanın maqnit qütblərinin deyişəcəyini və beləliklə dünya üzərində bir çox varlığın öləcəyini, iqlim dəyişikliyinin baş verəcəyini deyiblər.
6. İmjarvi, Finlandiya, 1970-ci il: Fermer Esko Viljo və meşəbəyi Aaron Heinonen xizək sürərkən qəribə bir qırmızı dumanla qarşılaşıblar. Onların hər ikisi duman arasında uçan dairəni və onları az qala kor edəcək gur işığı gördüklərini deyiblər. Daha sonra huşlarını itirən Esko və Aaron ayılanda özlərini dağın ətəyində görüblər. Hər ikisi uçan böqabdan qəribə varlıqların düşdüyünü gördüklərini təsdiq edilər.
7. Qisborn, Yeni Zelandiya, 1978-ci il: Bölgədə görünən uçan boşqabın görünməsindən sona 3 ekstremal qadın yadplanetli ovuna çıxırlar. Geri döndükləri zaman hər üçünün yaddaşında itdikləri 1 saat müddət olanlaerdan başqa hər şey qalmışdı. Onların sonra danışdıqlarından belə məlum olur ki, yadplanetlilər tərəfindən hipnozun köməyi ilə qaçırılıblar. Onlar yadplanetliləri uzun, arıq və böyük gözlü təsvir ediblər.
8. Piroqovi gölü, Rusiya, 1987-ci il: Anatoli adlı bir əsgər gölün ətrafında keşik çəkərkən ömründə ilk dəfə insanabənzər varlıqlarla rastlaşdığını deyir. Onlara araq verdiyini iddia edən Anatoli sərxoş olmuş yadplanetliləri əsir alır. Daha sonra varlıqlar yox olurlar. Hadisəni komandirlərinə danışan Anayolini isə az qalırlar yalan uydurduğuna görə həbs edirlər. Onu daha sonra məcburi psixi müalicəyə ediblər, amma sona qədər dediyindən dönməyərək UFOları gördüyünü iddia edib.
9. Vankuver, Kanada, 1985-ci il: Alvina Skot yadplanetlilər tərəfindən qaçırıldığını, daha sonra təcrübə üçün onlar tərəfindən yumurtalıqlarından birinin alındığını iddia edir. Daha sonra xəstə böyrəklərinin yadplanetlilər tərəfindən müalicə edildiyini deyən Alvinanın həqiqətən də həmin hadisədən sonra xəstə böyrəklərinin sağaldığı görülüb. Yadplanetliləri isə Alvina insanabənzər, yumru və böyük başlı təsvir edir.
10. Nyu-York, ABŞ, 1989-cu il: Manhettendə yaşayan Linda Napolitano yüksək mərtəbələrdən birindəki mənzilindən oğurlandığını iddia edir. Pəncərədən oöğurlanaraq uçan boşqaba mindirildiyini, tanımadığı, bizim planetdən uzaq bir yerə gətirildiyini və burada tibbi müayinəyə məruz qaldığını bildirib. İşin ən maraqlı tərəfi isə başına gələnlərin iki nəfər tərəfindən təsdiq olunmasıdır.
00:15 / 22 Mart 2026
114
00:11 / 22 Mart 2026
24
23:58 / 21 Mart 2026
35
23:49 / 21 Mart 2026
41
23:48 / 21 Mart 2026
480
23:35 / 21 Mart 2026
208
23:29 / 21 Mart 2026
51
23:17 / 21 Mart 2026
705
23:11 / 21 Mart 2026
43
23:09 / 21 Mart 2026
52
22:56 / 21 Mart 2026
301
22:42 / 21 Mart 2026
456
22:40 / 21 Mart 2026
68
22:27 / 21 Mart 2026
325
22:22 / 21 Mart 2026
253
22:21 / 21 Mart 2026
91
22:15 / 21 Mart 2026
112
22:11 / 21 Mart 2026
54
22:05 / 21 Mart 2026
104
21:59 / 21 Mart 2026
221
21:57 / 21 Mart 2026
76
21:51 / 21 Mart 2026
107
21:42 / 21 Mart 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.