Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13064
az

Dəhşətli olay: gənc qız quduzluqdan ÖLDÜ - FOTO

18:1911 May, 2019
796
DÜNYA
  • A
Norveçli Birgitte Kallestad Filippində xilas etdiyi it tərəfindən quduzluğa yoluxub.

Oxu24.com xəbər verir ki, qızın quduz olmasını həkimlər müəyyən edə bilməyib.

Ailəsinin verdiyi məlumata görə, Filippinə istirahət üçün gedən 24 yaşlı B.Kallestad yol kənarında tapdığı iti qaldıqları evə gətirib.

İti çimizdirən Kallestad onunla oynamağa başlayıb. Bu zaman əlində kiçik cızıqlar yaranıb. Lakin buna laqeyd yanaşıb. Ölkəsinə qayıdandan bir müddət sonra özünü yaxşı hiss etmədiyindən xəstəxanaya gedib.

Dəfələrlə təcili yardıma müraciət etsə də, həkimlər qadına diaqnoz qoya bilməyib. Ötən ayın sonunda xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib.
Ailəsi qızlarının heyvanları çox sevdiyini, onun kimi insanların başına belə bir hadisənin gəlməsindən narahat olduqlarını deyib.

Quduzluq müalicə edilən bir xəstəlik olsa da, gecikmiş müraciətlərdə beyin və sinir hüceyrələri üçün təhlükə yaradır. Xüsusən, Asiya və Afrika kimi quduzluq hallarının geniş yayıldığı ölkələrdə hər il minlərlə insan bu səbəbdən ölür.

Norveçdə quduzluq peyvəndi məcburi deyil. Lakin Xalq Sağlamlığı İnstitutu Filippin də daxil olmaqla quduzluq təhlükəsi olan ölkələrə getmədən bu peyvəndi etdirməyi məsləhət görür.

Bu ölkədə 200 ildən çoxdur ki, quduzluğa görə ölüm qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı quduzluğun ən çox Filippində yayıldığını açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+