İranda xarici media ilə bağlı qadağa: Jurnalistləri 2 il həbs gözləyir
26 Avqust 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
840
30.01.2025, 20:55
Orbeliani sarayında keçirilən mükafatlandırma mərasimi zamanı jurnalistlər Gürcüstan prezidentinin iqamətgahının mərasim zalından Aİ bayrağının yoxa çıxmasını müşahidə ediblər.
Oxu24.com xəbər verir ki, Pirveli telekanalının verdiyi məlumata görə, yeni prezident Mixail Kavelaşvili mitinqlərin sərt şəkildə yatırılmasına görə Qərb dövlətləri tərəfindən sanksiyaya məruz qalan Daxili İşlər Nazirliyinin rəhbərlərinin mükafatlandırılması mərasimi keçirib.
Tədbir onun andiçmə mərasimindən sonra prezident sarayında keçirilən ilk rəsmi tədbir idi.
Kavelaşvilinin fonunda yalnız Gürcüstanın dövlət bayrağı və prezident ştandartı olub. Eyni zamanda, əvvəlki prezident Salome Zurabişvili ənənəvi olaraq Aİ bayrağından istifadə edərək, ölkənin Avropa kursunu vurğulayırdı.
Müxalif siyasətçilər Aİ bayrağının yoxa çıxmasını simvolik jest kimi qiymətləndirirlər. Milli Hərəkatın deputatı Gia Caparidze bildirib ki, bu, hakimiyyətin indiki siyasətini əks etdirir: “Yəqin ki, tezliklə Gürcüstan bayrağını gizlədəcəklər, qalan isə Rusiya bayrağıdır”.
“Gürcü arzusu”nun parlament seçkilərindəki qələbəsini tanımayan Salome Zurabişvili Mixail Kavelaşvilini “Orbeliani sarayının müvəqqəti icarəçisi” adlandırıb və onu repressiv qanunları dəstəkləməkdə və etirazların dağıdılmasında iştirak edən insanları mükafatlandırmaqda ittiham edib.
Miri
16:45 / 26 Avqust 2026
24
16:30 / 26 Avqust 2026
35
16:14 / 26 Avqust 2026
51
15:59 / 26 Avqust 2026
57
15:40 / 26 Avqust 2026
70
15:17 / 26 Avqust 2026
70
15:12 / 26 Avqust 2026
70
14:59 / 26 Avqust 2026
71
14:45 / 26 Avqust 2026
63
14:42 / 26 Avqust 2026
74
14:40 / 26 Avqust 2026
71
14:30 / 26 Avqust 2026
65
14:15 / 26 Avqust 2026
79
13:58 / 26 Avqust 2026
73
13:55 / 26 Avqust 2026
77
13:33 / 26 Avqust 2026
101
13:15 / 26 Avqust 2026
229
12:55 / 26 Avqust 2026
68
12:35 / 26 Avqust 2026
73
12:21 / 26 Avqust 2026
79
12:14 / 26 Avqust 2026
75
12:09 / 26 Avqust 2026
85
12:05 / 26 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.