Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12911
az

Şagirdlərin sayını artırmaq üçün 15 qoyun məktəbə qəbul edilib

12:0808 May, 2019
9112
DÜNYA
  • A
 
Fransanın İzer Departamentindəki Krets-an-Belldon kommunasının ibtidai məktəbində şagirdlər siyahısına 15 qoyun da daxil edilib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" yazıb.

Məlumata görə, 3,3 mindən çox əhalisi olan dağ kəndində yerləşən məktəb yeni tədris ilinin əvvəlindən şagirdlərin sayının 266-dan 261-dək azalması səbəbindən indiki kimi 11 yox, 10 siniflə tədrisə davam etməli olacağı barədə xəbərdarlıq alıb. Ancaq valideynlər belə addıma qarşı çıxaraq sinif sayının azalmasının onların hər birində şagird sayının artmasına, bunun da təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağını bildiriblər.

{banner_reklam}

Etirazçılar tərəfində olan yerli çoban dünən məktəbə 65 qoyun gətirib. Onları girişdə məktəblilər və onların valideynləri üzərində "Biz qoyun deyilik", "Məktəbi idarə etmək sürünü idarə etmək deyil" yazılmış plakatlarla qarşılayıblar.

"Burada çətin vəziyyətdə olan uşaqlar var. Amma milli təhsil sistemini yerdəki arqumentlər yox, yalnız rəqəmlər narahat edir", -  aksiyanın təşəbbüskarlarından olan və Ümumfransa Məktəblilərin Valideynləri təşkilatının iştirakçısı Qael Laval bildirib.

Şəhər meri Jan-Lui Mare etirazçıların tərəfini tutub və heyvanların məktəbli siyahısına daxil edilməsinə rəsmən şahidlik edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stalinin Bakılı Arvadının Faciəvi Ölümü - GİZLİ TARİX üzə çıxdı
Dəhşətli kadr: İlan digər ilanı diri-diri uddu
Elm dünyası ŞOKDA! Ölüb dirilən adam elə şeylər danışdı ki...

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı