Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12905
az

İran nüvə razılaşmasının bəzi tələblərinin icrasını dayandırıb

10:1608 May, 2019
494
  • A
 
İran nüvə proqramı ilə bağlı Əhatəli Razılşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bir qisminin icrasını dayandırıb.

Oxu24.com  “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin mayın 8-də keçirilən toplantısında elan edib.

“İran uranın zənginləşdirilməsinin səviyyəsini davam etdirəcək və ağır suyun satışını bu gündən dayandırır. Bu, 60 gün davam edəcək”, - deyə H.Ruhani vurğulayıb.

Rəsmi Tehran İranın nüvə proqramı ilə bağlı danışıqlara vasitəçilik edən “altılıq” (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrindən ABŞ istisna olmaqla beşinə məsələ ilə bağlı məktub göndərib.

Qeyd edək ki, bu razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb.

Ötən il yanvarın 9-da rəsmi Tehran bəyan etmişdi ki, ABŞ həmin müqavilədən çıxarsa, İran da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu