SON DƏQİQƏ: Qardaş ölkədə ard-arda zəlzələlər oldu
26 Avqust 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
851
28.01.2025, 18:19
Əfqan üləması (din alimləri) Kabildə “Əfqanıstan xalqları arasında sülh və tolerantlıq” mövzusunda keçirilən elmi seminarda ölkə hakimiyyətini inklüziv hökumət yaratmağa və qızlar üçün məktəblər açmağa çağırıb.
Oxu24.com xəbər verir ki,bu barədə “Tolo news” xəbər portalı məlumat yayıb.
İslami Dəyərlərin Qorunması və Cihad Üləma Şurasının sədri Əbdülqadir Kanat İslam cəmiyyətinin ehtiyac duyduğu biliklərə yiyələnmənin müsəlmanların vəzifəsi olduğunu deyib. Söhbət mamalıq, tibb və qadınlar üçün lazım olan digər fənlərdən gedir.
Öz növbəsində, Uləma Əbdül Həsən qeyd edib ki, Əfqanıstan xalqına hakimiyyətin real təhvil verilməsi onun bütün sakinlərinin ölkədə öz yerini və orada iştirakını görməsi üçün zəruridir. Onun sözlərinə görə, bu, Əfqanıstanın əsaslarını gücləndirəcək.
İlahiyyatçılar həmçinin əfqan qadınlarını cəmiyyətdə baş verən pozuntulara biganə qalmamağa və öz hüquqlarını müdafiə etməyə, İslami dəyərləri və inancları uğrunda mübarizə aparmağa çağırıblar.
2021-ci il avqustun əvvəlində islamçı radikal dini-siyasi hərəkat Taliban (Rusiyada qadağan olunmuş təşkilat) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin başa çatdığını elan etdi. İki həftə ərzində Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən yerli sakinlər fəal şəkildə evakuasiya edilib. Avqustun 31-nə keçən gecə ABŞ əsgərləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Nigar
19:29 / 26 Avqust 2026
35
19:16 / 26 Avqust 2026
51
18:58 / 26 Avqust 2026
56
18:47 / 26 Avqust 2026
60
18:19 / 26 Avqust 2026
60
18:04 / 26 Avqust 2026
73
17:56 / 26 Avqust 2026
80
17:43 / 26 Avqust 2026
80
17:40 / 26 Avqust 2026
72
17:20 / 26 Avqust 2026
81
16:59 / 26 Avqust 2026
77
16:45 / 26 Avqust 2026
84
16:30 / 26 Avqust 2026
87
16:14 / 26 Avqust 2026
85
15:59 / 26 Avqust 2026
83
15:40 / 26 Avqust 2026
96
15:17 / 26 Avqust 2026
93
15:12 / 26 Avqust 2026
1052
14:59 / 26 Avqust 2026
97
14:45 / 26 Avqust 2026
84
14:42 / 26 Avqust 2026
94
14:40 / 26 Avqust 2026
90
14:30 / 26 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.