Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
20 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
959
27.01.2025, 14:41
Çin lideri Si Cinpin Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Si Cinpinin sözlərinə görə, son illər o, Belarus lideri ilə sıx əlaqələr saxlayıb və ikitərəfli münasibətlərin inkişafı üçün birgə tədbirlər həyata keçirib. Respublika başçısının qeyd etdiyi kimi, bunun sayəsində Pekin və Minsk arasında qarşılıqlı fəaliyyət “hərtərəfli strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə” çatıb.
"Mən Çin-Belarus münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə arasında ənənəvi dostluğu davam etdirmək və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün cənab Prezident [Belarus] ilə işləməyə hazıram", - Çin sədri vurğulayıb.
O, Minsk və Pekin arasında münasibətlərin hər iki ölkə vətəndaşlarının mənafeyinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilib. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib, ilkin məlumatlara görə, seçicilərin 86,82 faizi onun namizədliyini dəstəkləyib.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin belaruslu həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Nigar
11:43 / 20 Noyabr 2026
24
11:42 / 20 Noyabr 2026
33
11:36 / 20 Noyabr 2026
38
11:20 / 20 Noyabr 2026
71
11:05 / 20 Noyabr 2026
58
11:03 / 20 Noyabr 2026
83
11:01 / 20 Noyabr 2026
77
10:49 / 20 Noyabr 2026
111
10:40 / 20 Noyabr 2026
83
10:20 / 20 Noyabr 2026
94
10:20 / 20 Noyabr 2026
85
10:16 / 20 Noyabr 2026
100
10:10 / 20 Noyabr 2026
140
10:10 / 20 Noyabr 2026
90
10:03 / 20 Noyabr 2026
321
10:00 / 20 Noyabr 2026
151
10:00 / 20 Noyabr 2026
121
09:51 / 20 Noyabr 2026
101
09:46 / 20 Noyabr 2026
105
09:41 / 20 Noyabr 2026
107
09:34 / 20 Noyabr 2026
127
09:31 / 20 Noyabr 2026
874
09:26 / 20 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.