Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan növbəti ACI XƏBƏR - Çox sayda ölü var

2019-05/1557130304_photo_58841.jpg

DÜNYA

1567

06.05.2019, 12:11

\"\"  Rusiyanın Perm vilayətindəki zavodda partlayış baş verib.
Oxu24.com  “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 fəhlə həyatını itirib. Tələfatın artacağı istisna edilmir. Kimyəvi maddələrin istehsal olunduğu zavodda qeydə alınan partlayışın səbəbləri araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb. Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə “Şeremetevo” hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib. Hadisə zamanı təyyarədə 73 sərnişin və 5 heyət üzvü olub.