ABŞ İran sahillərinə “Abraham Linkoln” aviadaşıyıcısı və bir qrup bombardmançı göndərəcək.
Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun yazılı bəyanatında deyilir.
Sənədə görə, ABŞ tərəfi İranın vəziyyətin gərginləşdirilməsinə yönəlmiş hərəkətlərinə cavab olaraq bu addımı atmağa qərar verib.
“Bu, İran rejiminə açıq-aydın və xətasız bir siqnaldır. Amerika Birləşmiş Ştatlarına və ya bizim müttəfiqlərə qarşı yönəlmiş istənilən hücum amansız güclə qarşılanacaq”, - deyə C.Bolton bildirib.
Prezidentin müşaviri ABŞ-ın İranla müharibə etmək niyyətində olmadığını, habelə Tehranın istənilən hücumlarına cavab verməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, aprelin 8-də İran ABŞ ordusunun mərkəzi komandanlığını terrorçu qruplaşma olaraq tanıyıb, Yaxın Şərqdə olan bütün amerikalı hərbçiləri terrorçulara bərabər tutub.
Bundan əvvəl isə D.Tramp onun administrasiyasının İranın inqilab keşikçiləri korpusunu terrorçu qruplaşmalar siyahısına daxil etməyi planlaşdırdığını bəyan etmişdi.
Oxu24.com
ŞƏRHLƏR