Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada yanan təyyarəni ildırım vurub: ölü sayı 13-ə çatdı

2019-05/1557081242__ekrana__o_19_05_22_650x410.jpg

DÜNYA

785

05.05.2019, 22:34

\"\" Şermetyevo hava limanından Moskva-Murmansk istiqamətində uçan təyyarə təcili aerporta geri dönüş edib. Təyyarənin göyərtəsində yanğın çıxıb. 78 nəfər sərnişin təxliyyə olunub.
Azı 10 nəfərin yaralandığı bildirilir. *** Hadisə yerinə Rusiyanın İstintaq Komitəsinin əməkdaşları yollanıb. Təyyarənin yanmasının səbəbləri araşdırılır. Yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Daha əvvəl 10 nəfərin xəsarət aldığı deyilirdi. *** SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür. *** Yanğın zamanı xəsarət alanların sayı artıb. Belə ki, 10-dan çox sərnişinin yaralandığı bildirilir. Faktla bağlı artıq cinayət işi açılıb. *** Yaralıların hamısının öldüyü qeyd edilir. Bəzi rəsmi saytlarda isə bir nəfərin öldüyü yazılıb. Yanğının qarşısı alınıb.