Sutka ərzində Qəzza zolağından İsrail istiqamətində 450-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail ordusu fələstinlilərin 220 hərbi obyektinə zərbə endirib.
TASS xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus deyib.
O bildirib ki, Qəzza zolağından atılan raketlərdən 150-si “Dəmir gümbəz” hava hücumundan müdafiə sistemi vasitəsi ilə məhv edilib, raketlərin 70 faizi yaşayış olmayan ərazilərə düşüb. Konrikus əlavə edib ki, raket hücumu nəticəsində bir yaşlı kişi ölüb.
Qeyd olunur ki, cavab hücumu nəticəsində İsrail ordusu HƏMAS və “Fələstin islam cihadı”nın istifadə etdiyi binalara, müəssisə və anbarlara zərbə endirib. Nəticədə 8 fələstinli döyüşçü öldürülüb.
Oxu24.com
ŞƏRHLƏR