ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda İranda inflyasiya tempi sürətlə artır.
Oxu24.com “
ROSBALT” -a istinadən xəbər verir ki, “TradingEconomics” məlumatına görə, aprel ayında ölkədə ötən illə müqayisədə istehlak qiymətləri 51,4 faiz artıb.
Həmçinin martla müqayisədə inflyasiya səviyyəsinin 3,9 faiz qalxdığı bildirilir. BU 1995-ci ilin dekabr ayından bəri İran üçün rekord göstərici sayılır.
Ən yüksək qiymət artımı ərzaq məhsullarının satışında müşahidə olunur (84 faiz). Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox bahalaşıb.
Son dörd ay ərzində Rialın məzənnəsi qara bazarda 17% faiz dəyərini itirib. Neft ixracat həcmlərinin aşağı düşməsi fonunda devalvasiya davam edir. İran ötən il günə, 2.3 milyon barel neft ixrac etdiyi halda, aprel ayında günə 1 milyon bareldən az neft ixrac edib. ABŞ hökumətinin bəyanatlarına əsasən, ABŞ sanksiyaları nəticəsində İran 10 milyarda yaxın gəlirlərindən məhrum olub.
Oxu24.com
ŞƏRHLƏR