Qaynar xətt:

(+99450) 247 90 86

Braziliyanı müvəqqəti olaraq o idarə edəcək

Braziliyanı müvəqqəti olaraq o   idarə   edəcək

DÜNYA

219

10.12.2024, 16:50

Braziliyanın vitse-prezidenti Geraldo Alkmin müvəqqəti olaraq xəstəxanaya yerləşdirilən dövlət başçısı Luiz İnasio Lula da Silvanın bəzi vəzifələrini öz üzərinə götürüb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Globo" qəzeti yazıb. 


KİV məlumatına görə, Alkmin bu gün Braziliya liderini Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdə təmsil edəcək.

"Cədvəldə bir sıra tədbirlər, o cümlədən Fikonun şərəfinə qəbul, ikitərəfli görüş, sənədlərin imzalanması və mətbuat bəyanatı nəzərdə tutulur", - KİV qeyd edib.