Qaynar xətt:

(+99450) 247 90 86

Braziliya prezidentinin beyninə qan sızıb

Braziliya prezidentinin beyninə   qan  sızıb

DÜNYA

604

10.12.2024, 15:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Braziliya Prezidenti Lula da Silva təcili xəstəxanaya yerləşdirilib.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, 79 yaşlı prezidentin beyninə qan sızıb. 

San-Paulu şəhərində yerləşən Sirio-Libanes xəstəxanasının yaydığı məlumata görə, dövlət başçısı başında ağrı hiss etdikdən sonra xəstəxanaya aparılıb. 

Onun əməliyyat edildiyi, vəziyyətinin hazırda yaxşı olduğu qeyd olunub. 

Xatırladaq ki, oktyabrın 19-da Lula da Silva öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə almışdı. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxmışdı. Bu zaman həkimlər daxili qanaxma riski barədə xəbərdarlıq da etmişdilər. Silva aldığı bu zədə səbəbindən noyabrda Bakıda baş tutan COP29 iqlim sammitində iştirak edə bilməmişdi.