Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125103
az

İtaliyada neft emalı zavodunda partlayış baş verib

21:3509 Dekabr, 2024
58
DÜNYA
  • A

İtaliyanın Florensiya şəhəri yaxınlığındakı neft emalı zavodunda partlayış baş verib, ardınca yanğın başlayıb.

Bu barədə Oxu24.com müəssisənin yerləşdiyi Kalenzano bələdiyyəsinə istinadən məlumat yayıb.

Səlahiyyətlilərin məlumatına görə, yanğın artıq söndürülüb. Fövqəladə hadisə nəticəsində 9 nəfər xəsarət alıb, daha iki nəfər sağ qalmayıb. Bundan başqa, 4 nəfər itkin düşmüş şəxslər siyahısındadır.

Toskana vilayətinin prezidenti Eugenio Gianinin Facebook sosial şəbəkəsində verdiyi məlumata görə, səkkiz qurban xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, regional ətraf mühit agentliyinin texniki işçiləri çirkləndiricilərin potensial təsirlərini, o cümlədən "su yollarına hər hansı təsirləri" qiymətləndirirlər.

Bu zavod İtaliyanın Eni neft və qaz qrupuna məxsusdur. Şirkət hadisə ilə bağlı bildirib ki, partlayış və yanğın yanacaq çənlərinə təsir etməyib.

Oktyabrın 31-də Missuri ştatının Frederikson şəhərində akkumulyatorların təkrar emalı zavodunda güclü partlayış baş verib.

Bundan əvvəl Almaniyada böyük kimya zavodunda partlayış olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağ Ev: ABŞ şəxsiyyət saxtakarlığından hər il 56 milyard dollar zərər çəkir
Olimpiya mükafatçısı 58 yaşında vəfat edib
Latviya NATO-nun Ukraynada döyüşməyə hazır olmadığını bildirir

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi