Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12502
az

Alsunun qızına görə Rusiyada qalmaqal

17:2928 Aprel, 2019
712
  • A
 Müğənni Alsunun qızı Mikella Abramovanın qızının "Голос. Дети" müsabiqəsində birinci olması qalmaqala səbəb olub.

Oxu24.com Axşam.az-a istinadən bildirir ki, 10 yaşlı qızın qalib olması düzgün hesab edilməyib. Sosial şəbəkədə də bununla bağlı etirazlar səngimək bilmir. Birinci kanalın rəhbəri Konstantin Ernst isə təhqirlərə məruz qalıb.

Mikellanın 56,5% faiz səs toplamasının həqiqəti əks etdirmədiyi bildirilib. Hətta bir çox müğənni də buna etiraz edib. Hətta Maksim Qalkin də sosial şəbəkədə məsələyə münasibət bildirib və saxtakarlıq təsdiq olunduğu halda Alla Puqaçova ilə heç vaxt övladlarını ora göndərməyəcəklərini bildiriblər. Valeriy Meladze də qızın qalibiyyətinin gerçək olmasına şübhə ilə yanaşdığını vurğulayıb.

Çoxları Mikellanın anası Alsunun hesabına birinci olduğunu, digər güclü səsi olan iştirakçılara haqsızlıq edildiyini vurğulayıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Oskar”a namizədlər elan olundu

Məşhur müğənni ÖLÜ ELAN EDİLDİ -"Dirildə" bilmirlər / FOTO
Brüs Uillisin qızı ərə gedir - FOTO