Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124905
az

Türkiyə, Rusiya və İran Suriya ilə bağlı görüş keçirəcək

17:3306 Dekabr, 2024
33
DÜNYA
  • A

Türkiyə, Rusiya və İran Dohada Suriya ilə bağlı toplantı təşkil edir.

Oxu24.com xəbər verir  ki, RİA Novosti bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Şənbə günü Dohada keçiriləcək forum çərçivəsində Türkiyə, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin iştirakı ilə Astana formatında xarici işlər nazirlərinin görüşü planlaşdırılır", - deyə məlumatda  bildirib.

Bundan əvvəl Hizbullah silahlı müxalif qruplarla mübarizədə Suriyaya kömək edəcəyinə söz vermişdi.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Dekabrın 5-də Suriya ordusu komandanlığı qoşunların Həmadan geri çəkildiyini elan edib.

Bundan əvvəl Suriya Müdafiə Nazirliyinin rəhbəri ölkə ordusunun Həmadan geri çəkilməsini “müvəqqəti taktiki tədbir” adlandırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkədə güclü    zəlzələ     oldu
Trampa İlon Maskdan   şikayət      etdilər
Məkkə və Mədinəni su basdı- Video

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Vətəndaşlardan pulemyot və    avtomatlar     götürüldü