Qaynar xətt:

(+99450) 247 90 86

BMT əfqan qızların həkim olmaq üçün təhsil almasına qoyulan qadağanı pisləyib

BMT əfqan qızların həkim olmaq üçün təhsil almasına qoyulan qadağanı pisləyib

DÜNYA

195

05.12.2024, 19:11

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) əfqan qadın və qızlarının tibb fakültələrində təhsil almalarının qarşısının alınması ilə bağlı xəbərlərdən dərin narahatlığını bildirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Rəsmi bəyanatda deyilir: "UNAMA, qadınların və qızların özəl tibb məktəblərində dərslərə getməsini qadağan edən Əfqanıstan hakimiyyətinin fərmanı ilə bağlı yeni məlumatlardan son dərəcə narahatdır".

 

BMT nümayəndələrinin nöqteyi-nəzərindən belə bir qərar qadın və qızların təhsil almaq və səhiyyə xidmətlərindən istifadə hüquqlarının daha da böyük məhdudlaşdırılmasına səbəb ola bilər. Onlar əmindirlər ki, bu, təkcə Əfqanıstanın səhiyyə sisteminə deyil, həm də ölkənin ümumi inkişafına mənfi təsir göstərəcək.

 

Eyni zamanda qurum bu məlumatın hələlik rəsmi təsdiqini almadığını vurğulayıb.

 

Oktyabrda Avropa İttifaqının Ədalət Məhkəməsi qərara gəlib ki, şəxsin Əfqanıstan vətəndaşı olan qadın olması ona inteqrasiya birliyinin ərazisində siyasi sığınacaq almaq hüququ verir.

 

Əvvəllər Taliban  qadınların ictimai yerlərdə çıxışını qadağan edirdi.

 

Miri