Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
30 Avqust 2026, 01:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
486
05.12.2024, 14:24
Ermənistanın təhlükəsizliyini ancaq KTMT təmin edə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Ruiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, gec-tez Ermənistanın KTMT və digər ölkələrlə olan fikir ayrılıqları öz həllini tapacaq: "Mən prezidentimizin təqdim etdiyi mövqeyə sadiqəm. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları aradan qalxacaq. Mən sadəcə olaraq görmürəm ki, KTMT istisna olmaqla, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kimin əvəz edə, kim təmin edə bilər".
Xatırladaq ki, parlamentdə hökumət saatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistanla KTMT arasında münasibətlərin dondurulması ilə bağlı vəziyyətin Qarabağa heç bir aidiyyatı yoxdur: "KTMT-də iştirakımızın dondurulması kontekstində biz Qarabağ mövzusuna ümumiyyətlə toxunmadıq. Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin hazırlanmasında və müzakirəsində iştirak etmirik, təklif vermirik, təkliflərə heç bir şəkildə reaksiya vermirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq. Biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Onlar nə istəyirlər, qərar versinlər, biz həmkarlarımıza hörmət edərək onların işlərinə qarışmırıq. Amma bir daha deyirəm, o cümlədən bu hadisələr və onların ictimai qarşılıqlı ifadəsi arasındakı uçurum Ermənistan Respublikasının KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Düşünürəm ki, biz burada geri dönüşü olmayan nöqtəni keçdik"
01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.