Qaynar xətt:

(+99450) 247 90 86

İsveçrə Trampa görə NATO-nun mümkün zəifləməsindən narahatlığını bildirib

İsveçrə Trampa görə NATO-nun mümkün zəifləməsindən narahatlığını bildirib

DÜNYA

305

03.12.2024, 20:05

ABŞ-ın NATO-dan çıxması və Ukraynaya yardımını dayandırması ittifaqın zəifləməsinə və Kiyevin münaqişədə itkisinə səbəb olacaq.

 

Oxu24.com xəbər verir  ki, bunu İsveçrənin “Tribun de Genève” qəzetinə müsahibəsində isveçrəli deputat Jaklin De Kuatro deyib.

 

NATO Parlament Assambleyası başa çatdıqdan sonra Kuatro deyib: “ABŞ NATO-dan çıxsa, Ukrayna müharibəni uduzacaq, çünki Avropa bu hərbi dəstəyin çatışmazlığını doldura bilməyəcək”.

 

Onun fikrincə, Trampın Ağ Evə qayıdışı geosiyasi kontekstdə əlavə qeyri-müəyyənlik gətirir və totalitar dövlətlər arasında ittifaqlar hazırkı qlobal tarazlığı təhdid edir.

 

O əlavə edib ki, alyans müxtəlif təhdidlərin qarşısını almaq üçün vacibdir.

 

Noyabr ayında Politico yazmışdı ki, Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxmasına mane olan qanundan yan keçə bilər.

 

Bundan əvvəl NATO-nun baş katibi Trampa Kiyevin pis saziş imzalaması təhlükəsi barədə xəbərdarlıq etmişdi.

 

Nigar