Qaynar xətt:

(+99450) 247 90 86

Belqoroda hücum

Belqoroda hücum

DÜNYA

934

02.12.2024, 20:24

Dekabrın 2-də Belqorod vilayətinin Kolotilovka kəndində PUA hərəkətdə olan avtomobilə hücum edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

 

“Krasnoyaruzski rayonunun Kolotilovka kəndində PUA hərəkətdə olan avtomobilə hücum edib. Bir kişi yaralanıb. Üzündən qəlpə yarası alan zərərçəkmiş müstəqil olaraq Rakityan Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb”, - deyə rayon rəhbəri yazıb.

 

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri üç məskunlaşan əraziyə hücum edib. Şebekino şəhərində atəş nəticəsində iki yaşayış binasının şüşələri zədələnib, iki mülki avtomobil də qəlpələrdən zədələnib. Belqorod vilayətinin Krasnaya Niva kəndində FPV pilotsuz uçan aparatının hücumu nəticəsində yaşayış binasının damı qırılıb. Fəsadları barədə məlumat dəqiqləşdirilir. Yerdə əməliyyat xidmətləri işləyir.

 

Bundan əvvəl, dekabrın 2-də Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr üç mülki avtomobilə hücum edib.

 

Əvvəllər bildirilirdi ki, Rusiyada BMW distribyutorunun pulu hava hücumundan müdafiə sistemi üçün pilotsuz təyyarələrin alınmasına sərf olunacaq.

 

Miri