Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada atışma olub, ölənlər var

Moskvada atışma olub, ölənlər var

DÜNYA

634

25.04.2019, 21:35

\"\"  Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub, 2 nəfər ölüb.
Oxu24.com  TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin \"Novıe Çeryomuşki\" metrostansiyası yaxınlığında baş verib.
Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Cinayət işi açılıb, araşdırma aparılır.