Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Nur Otan” partiyasının növbədənkənar qurultayının sonunda göz yaşlarına hakim ola bilməyib.
Oxu24.com xəbər verir ki, Bu barədə
“Nur.Kz” yazır.
Son çıxışı və Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyinin təsdiqlənməsi üçün keçirilən səsvermədən sonra Nazarbayev kövrəlib.
Qazaxıstana həsr olunmuş mahnını zümzümə edən prezident kameraların obyektivinə göz yaşlarını silən yerdə düşüb.
Zalda olanların hər biri ona dəstək olub, əllərini sıxaraq onu bağırlarına basıblar.
“Gəlin Tokayevi seçək və ona dəstək olaq”, - deyə Nazarbayev qurultay iştirakçılarına müraciət edib.
Qeyd edək ki, qurultayda keçirilən səsvermənin nəticəsində görə, Tokayevin prezidentliyə namizədliyi yekdilliklə təsdiq olunub.
Oxu24.com
ŞƏRHLƏR