Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Çeçenlər ayağa qalxdı,bölgəyə xüsusi təyinatlılar yerdilib

2019-04/1555859421_452b776b7c55b29e7daaf1969efbcefe.jpg

DÜNYA

4585

21.04.2019, 19:11

  Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.
Oxu24.com xəbər verir  ki, bu barədə “İnterfaks”ın yaydığı məlumatda deyilir. Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib. Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Buna cavab olaraq onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında yaralananlar var. Həmçinin oxu:  Bu bitki cinsi aktivliyi artırır, cinsi zəifliyi yox edir -Azərbaycanda da var+VİDEO Qeyd olunur ki, yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar. Xüsusi təyinatlıların hələlik geri çəkildiyi, etirazçıların isə daş yığdığı bildirilir.