Qaynar xətt:

(+99450) 247 90 86

Kanada Hindistanı ilk dəfə olaraq “kiber təhlükə” kimi tanıyır

Kanada Hindistanı ilk dəfə olaraq “kiber təhlükə” kimi tanıyır

DÜNYA

350

31.10.2024, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada Kibertəhlükəsizlik Mərkəzi ölkədə qurumların və vətəndaşların üzləşdiyi “kiber təhlükələrə” toxunan “Milli Kiber Təhlükələrin Qiymətləndirilməsi (NCTA)” adlı hesabatını dərc edib.

Oxu24.com xəbər verir  ki, Hindistanı ilk dəfə olaraq “kiber təhdid” olaraq təyin edən hesabatda Hindistanın Kanada hökumət şəbəkələrinə casusluq etmək məqsədilə kiber fəaliyyətlər həyata keçirdiyi iddia edilib.

İki ildən bir dərc edilən hesabatda Hindistan və Kanada arasındakı münasibətlərin pisləşməyə davam etdiyi üçün Hindistanın kiber təhdidlərinin artacağı vurğulanıb.

Hesabatda Çin, Şimali Koreya, İran və Rusiyanın da Kanadaya qarşı “kiber təhdidlər” etdiyi ifadə edilərək, Çinin kiber hücumlarının “rakipsiz” olduğu və Kanadanın kiber təhlükəsizliyi üçün “ən böyük təhdid” olaraq görüldüyü qeyd olunub.

Hesabatda Çinin kiberhücumlarının iqtisadi və hərbi sahədə üstünlük təmin edəcək məlumat toplamaq məqsədi daşıdığı vurğulanıb.

 

Nigar