İranın xüsusi xidmət orqanları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) İran ərazisində və regionda fəaliyyət göstərən iri casus şəbəkəsini ifşa edib.
Azvision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat və informasiya naziri Mahmud Ələvi bəyan edib.
“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı həyata keçirdiyimiz çətin işlərin nəticəsində müxtəlif ölkələrdə, o cümlədən də İranda fəaliyyət göstərən 290 casusdan ibarət şəbəkə aşkar etmişik. Ölkəmizin xüsusi strateji əhəmiyyət daşıyan sahələrində aşkarladığımız onlarla amerikalı casus həbs edilib. ” – Ələvi vurğulayıb.
İran kəşfiyyatının rəhbəri onu da bildirib ki, Tehran ifşa etdiyi casus şəbəkəsi barədə məlumatları digər region ölkələrinə də ötürüb və onlar da CİA agentlərini həbs ediblər.
Ələvi həmçinin, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə yanaşı, İran kəşfiyyatının Böyük Britaniyanın “Mi-6” məxfi kəşfiyyat xidmətinə işləyən casusların da aşkarlanması ilə məşğul olduğunu deyib.
Oxu24.com

ŞƏRHLƏR