Qaynar xətt:

(+99450) 247 90 86

Kaşıkçı cinayəti ilə bağlı sensasion XƏBƏR:İki casus saxlanılıb

Kaşıkçı cinayəti ilə bağlı sensasion XƏBƏR:İki casus saxlanılıb

DÜNYA

965

19.04.2019, 16:58

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin Kəşfiyyat Xidmətində fəaliyyət göstərən iki casus saxlanılıb.
Femida.az -ın Haberler.com saytına istinadən verdiyi xəbərə görə, şübhəli şəxslər aprelin 15-də saxlanılsalar da, bu barədə informasiya bu gün KİV-ə məlum olub.
Qəzetə danışan mənbə bildirib ki, hazırda rəsmi Ankara həbs olunanlardan birinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olub-olmadığını araşdırır. Xatırladaq ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.