Çində “hamilə robot” hazırlanır - Şok ideya
03 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
198
24.10.2024, 15:45
Avropa Parlamenti Azərbaycan əleyhinə "Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı daha bir təxribatçı qətnaməni qəbul edib.
Oxu24.com xəbər verir ki, qətnamə 453 lehinə, 31 əleyhinə, 89 bitərəf olmaqla qəbul olunub.
Qəbul edilmiş qətnamə ilə Avropa Parlamentinin üzvləri Aİ-ni Azərbaycan qazından asılılığa son qoymağa, enerji sektorunda strateji tərəfdaşlığa dair 2022-ci il üçün anlaşma memorandumunu dayandırmağa çağırır.
Avropa Parlamenti həm Ermənistanın, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Avropa Parlamenti 1991-ci il müqaviləsinə uyğun olaraq iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında tənzimlənməsini qətiyyətlə dəstəkləyir.
Qəbul edilmiş qətnamə ilə Avropa Parlamenti vurğulayır ki, regionda kommunikasiyaların bloklanması ilə bağlı problemlər müstəsna olaraq Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir. Avropa Şurasının deputatları xəbərdarlıq edirlər ki, Ermənistana qarşı istənilən hərbi əməliyyat qəbuledilməzdir və Aİ-Azərbaycan tərəfdaşlığı üçün ciddi nəticələrə səbəb olacaq.
Avropa Sülh Fondundan Ermənistan silahlı qüvvələrinə ayrılan yardımı alqışlayan qətnamədə Ermənistan-Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığının daha da gücləndirilməsi tələb olunur, həmçinin Ermənistana qarşı hər hansı hərbi təcavüz, güc tətbiqi və ya hibrid təhdidlər pislənir.
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının əhəmiyyətini vurğulayan Avropa Parlamenti deputatları missiyanın mandatını artırmağa və uzatmağa çağırıblar.
Qətnamədə demarkasiya prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında əldə edilmiş irəliləyiş alqışlanmaqla yanaşı, Aİ və üzv dövlətlər Azərbaycana hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə töhfə verə biləcək hər hansı texniki və maliyyə yardımını dayandırmağa çağırılır.
00:19 / 04 Sentyabr 2026
74
23:59 / 03 Sentyabr 2026
67
23:55 / 03 Sentyabr 2026
82
23:45 / 03 Sentyabr 2026
82
23:20 / 03 Sentyabr 2026
75
23:08 / 03 Sentyabr 2026
78
22:53 / 03 Sentyabr 2026
227
22:42 / 03 Sentyabr 2026
76
22:30 / 03 Sentyabr 2026
74
22:14 / 03 Sentyabr 2026
73
22:03 / 03 Sentyabr 2026
78
22:01 / 03 Sentyabr 2026
989
21:51 / 03 Sentyabr 2026
97
21:48 / 03 Sentyabr 2026
78
21:20 / 03 Sentyabr 2026
92
21:14 / 03 Sentyabr 2026
95
21:01 / 03 Sentyabr 2026
67
20:48 / 03 Sentyabr 2026
86
20:30 / 03 Sentyabr 2026
203
20:16 / 03 Sentyabr 2026
77
19:58 / 03 Sentyabr 2026
137
19:45 / 03 Sentyabr 2026
80
19:34 / 03 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.