Qaynar xətt:

(+99450) 247 90 86

Həmas nümayəndəsi Moskvaya gəlib

Həmas nümayəndəsi Moskvaya gəlib

DÜNYA

178

23.10.2024, 13:25

Fələstin radikal HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk Moskvaya işgüzar səfərə gəlib və səfər zamanı onun Rusiya rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mərzuk sonuncu dəfə iyunda məsləhətləşmələr üçün Rusiyaya gəlmişdi.

Həmçinin oktyabrın 22-də Fələstin prezidenti Mahmud Abbas BRİKS sammiti üçün Kazana gəlib. O, Rusiyaya prezident Vladimir Putinin dəvəti ilə gəlib.

Oktyabrın 22-də Kazanda BRİKS sammiti işə başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə BRİKS-ə yeni üzv ölkələr iştirak edəcək.

 

Miri