Məşhur video paylaşım şəbəkəsi olan "Tik Tok" bloklanıb.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, Hindistanda Tik Tok-a giriş məhdudlaşdırılıb. Proqram həm "apple store", həm də "playmarket"dən silinib.
Çennay Ali məhkəməsinin qərarında bildirilib ki, buna səbəb "Tik Tok"da pornoqrafik videoların yayılmasıdır.
Qeyd edək ki, Hindistanda "Tik Tok"un 120 milyondan çox istifadəçisi var idi.
Hazırda ölkəmizdə də "Tik Tok" qalmaqalı yaşanır. Belə ki, yeniyetmə qızlar narkotik maddələrin təbliğ edildiyi mahnıların sədaları altında rəqs edib, qısa videolar çəkirlər.
Oxu24.com
ŞƏRHLƏR