Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentlər Rusiyaya axışır

Prezidentlər Rusiyaya axışır

DÜNYA

242

22.10.2024, 17:30

Mavritaniya prezidenti Məhəmməd Uld əl-Şeyx Əl Qazuani BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.

Oxu24.com xəbər verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir”, - deyə məlumatda bildirilir.

“Bax” Telegram kanalı möhtərəm qonağın hava limanında görüşünün videosunu dərc edib. Ona ənənəvi rus çörəyi və tatar çak-çakı (qızıl rəngə qədər qızardılmış, şəkər və balda isladılmış xəmir parçaları) təqdim edilib.

Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilata sədrlik edir.

Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa ilə görüşdən əvvəl bildirib ki, Rusiya Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verir.

 

 

Nigar