Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya qul ticarətinə görə üzr istəməkdən imtina edir

Britaniya qul ticarətinə görə üzr istəməkdən imtina edir

DÜNYA

197

21.10.2024, 18:47

Böyük Britaniya qul ticarətinə görə üzr istəmək və təzminat ödəmək məsələsini gündəmə gətirmək niyyətində deyil.

Oxu24.com  xəbər verir ki, imtina baş nazirin rəsmi nümayəndəsi Keir Starmer tərəfindən açıqlanıb.

"Üzr istəmək və ya təzminat məsələləri Birlik hökumət başçılarının görüşünün rəsmi gündəliyində deyil.Həmçinin, Britaniya hökumətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib - biz təzminat ödəməyəcəyik", deyə  baş nazirin nümayəndəsi bildirib.

O, Starmerin qarşıdakı görüşdə təzminatları müzakirə etmək niyyətində olmadığını, lakin "bu məsələlərdə tərəfdaşlarla işləməyə davam etməyə hazır olduğunu" bildirdi.

Birlik ölkələrinin hökumət başçılarının görüşü oktyabrın 21-dən 26-dək Samoa ada dövlətinin paytaxtı - Apia şəhərində keçiriləcək.

 

Nigar