Türkiyənin paytaxtı Ankarada insan alverinə qarşı geniş əməliyyat keçirilib.
Oxu24.com xəbər verir ki, polisin addım-addım təqib etdiyi dəstə üzvləri ilə bağlı 40 ünvana edilən basqınlarda 4 qanunsuz tapança, 4 ov tüfəngi, 2 polad jilet, 10 əl simsiz jandarm paltarı, gizli kamera qeydləri, sənədlər və yüksək miqdarda pul ələ keçirilib.
Ankaranın Çankaya və Keçiörən rayonlarındakı lisenziyasız gözəllik və masaj salonlarında fahişəlik edildiyi, bəzi qadınların fahişəliyə çəkildiyi xəbəri üzərinə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə dəstələri iş başladıb.
Yaradılan xüsusi qrupun apardığı tekniki-fiziki təqibdə, liderliyini Ünal A.ının etdiyi irəli sürülən cinayət təşkilatı ifşa edilib.
Dəstənin, əlaqəli olduğu polislərə fahişəlik məqsədli məkanlarında işlətdiyi qadınları mükafat olaraq göndərdiyi, həmçinin fahişəlik və qumardan əldə edilən pullardan pay verdiyi müəyyənləşdirilib.
Dəstənin fahişəlik məqsədli açdıqları məkanların fərqli nöqtələrinə gizli kameralar yerləşdirdiyi, gələn müştərilərinin görüntülərinin çəkildiyi öyrənilib.
Dəstənin gizli kameralarla çəkilən açıq-saçıq görüntülər üzərindən şantaj edərək yüksək miqdarda pullar aldığı müəyyənləşdirilib.
Dəstənin şantaj etdiyi şəxslər arasında ictimai-siyasi xadimlər, iş adamı və tanınmış şəxslərin də olduğu iddia edilib.
Oxu24.com
ŞƏRHLƏR