Qaynar xətt:

(+99450) 247 90 86

BƏƏ prezidenti oktyabrın 21-də Rusiyaya səfər edəcək

BƏƏ prezidenti oktyabrın 21-də Rusiyaya səfər edəcək

DÜNYA

236

18.10.2024, 13:44

BƏƏ prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan oktyabrın 21-də Rusiyaya rəsmi səfər edəcək.

Oxu24.com xəbər verir  ki, Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Rusiya-BƏƏ əməkdaşlığının inkişaf perspektivləri, həmçinin beynəlxalq gündəmdə olan məsələlər, o cümlədən Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət müzakirə olunacaq.

BƏƏ prezidenti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində də iştirak edəcək.

Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edəcək. Bu il assosiasiyaya Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı qoşulub.

 

Miri