Qaynar xətt:

(+99450) 247 90 86

Özbəkistan vətəndaşlarını Rusiya Silahlı Qüvvələrinə qoşulmamağa çağırır

Özbəkistan vətəndaşlarını Rusiya Silahlı Qüvvələrinə qoşulmamağa çağırır

DÜNYA

197

17.10.2024, 18:11

Özbəkistanın Kazandakı Baş Konsulluğu Rusiyadakı həmvətənlərinə müraciət edərək, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlanarsa, cinayət məsuliyyətinə cəlb olunacağını xatırladıb.

 

Bu barədə UzDaily.uz yazır.

 

Konsulluq xatırladıb ki, Özbəkistan vətəndaşı başqa dövlətin tərəfində iştirak edərsə, o, cinayət maddəsi ilə, yəni Özbəkistan Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə cəzalandırıla bilər.

 

Bu halda, hərbi əməliyyatlarda iştiraka görə, pozucunu 5 ildən 10 ilə qədər həbs gözləyir. Bu maddənin birinci bəndində başqa ölkənin dövlət təhlükəsizlik orqanlarında, habelə polis orqanlarında xidmətə görə cəza nəzərdə tutulur. Buna görə vətəndaş üç ilədək həbs cəzası ala bilər.

2023-cü ilin sonunda Rusiya Daxili İşlər Nazirliyi Özbəkistana deportasiya olunacağından qorxan Vaqner PMC-nin döyüşçüsü Aleksandr Babkovun müvəqqəti sığınacaq üçün müraciətini qəbul etdi. Həmin şəxs Özbəkistan vətəndaşıdır.

Bundan əvvəl Qazaxıstan məhkəməsi Vaqner PMC-nin döyüşçüsü Baxmut yaxınlığında döyüşdüyünə görə 6,8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nigar