Qaynar xətt:

(+99450) 247 90 86

Avropada ev aldılar

Avropada ev aldılar

DÜNYA

200

17.10.2024, 13:20

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl Avropada ev alıb. 

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb. 

Bildirilir ki, sözügedən daşınmaz əmlak Portuqaliyada yerləşir. Məlumata görə, həmin ölkədə evin alınması cütlüyə Şengen zonası ölkələrinə məhdudiyyətsiz səfər etmək imkanı yarada bilər. 

Bununla yanaşı, qeyd olunub ki, Harri və Meqan kral ailəsinin Portuqaliyada ev alan yeganə üzvləri deyil.

Belə ki, şahzadə Yevgeniya və yoldaşı Cek Bruksbenk dəbdəbəli “CostaTerra Golf and Ocean Club” kompleksində evə sahibdirlər.