Qaynar xətt:

(+99450) 247 90 86

İran İsrailə cavab verib

İran İsrailə cavab verib

DÜNYA

269

17.10.2024, 19:50

Tehran İran hədəflərinə hücumlara görə Təl-Əvivə “ağrılı” cavab verəcək və ABŞ istehsalı olan THAAD raketdən müdafiə batareyaları İsrailə kömək etməyəcək.

 

Oxu24.com xəbər verir  ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərinin müavini Abbas Nilforuşanla vida mərasimində deyib.

Mərasim İRİB telekanalı tərəfindən canlı yayımlanıb.

“Bilirsiniz ki, biz bir şey deyəndə onu edirik. Əgər siz həm İran ərazisində, həm də regionda bizim obyektlərimizdən hər hansı birinə zərbə endirsəniz, ağrılı cavab verəcəyik”, - deyə Səlami bildirib.

İnqilab Keşikçiləri Korpusunun komandiri vurğulayıb ki, Vaşinqton tərəfindən verilən THAAD raketdən müdafiə batareyaları, Dəmir Qübbə raket əleyhinə sisteminin kömək etməyəcəyi kimi, İranın hücumunu dayandırmaqda Təl-Əvivə “kömək etməyəcək”. Salami bu müdafiənin öhdəsindən gələcəyinə söz verdi.

Bundan bir qədər əvvəl “The Washinton Post” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər;

İran daha əvvəl İsrailə qarşı gizli silaha malik olduğunu bildirmişdi.

 

Miri