Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada Rusiyanın bu ölkəyə hücumunun risklərindən danışdılar

Almaniyada Rusiyanın bu ölkəyə hücumunun risklərindən danışdılar

DÜNYA

237

17.10.2024, 18:44

İddialara görə, münaqişə Avropada genişlənərsə, Almaniya Rusiya üçün “hədəf” ola bilər.

Oxu24.com “Spiegel”-ə istinadən   xəbər verir ki, bu fikri müdafiə üzrə almaniyalı ekspert Klaudiya Mayor deyib.

"Almaniya Federativ Respublikası istənilən halda Rusiya üçün hücumun hədəfi olacaq", - o vurğulayıb.

Merin sözlərinə görə, Almaniya Avropada logistika mərkəzidir, ona görə də Almaniyanın təhlükə altında ola biləcəyi ehtimal edilir. Bundan əlavə, ekspertin fikrincə, hətta Amerika raketlərinin Almaniya ərazisində görünməsi belə Almaniyaya qarşı iddia edilən “təhlükə” vəziyyətini əsaslı şəkildə dəyişdirə bilməyəcək.

Bundan əvvəl Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski öz hərəkətləri ilə dünyanı üçüncü dünya müharibəsinin astanasına qoyur. Onun fikrincə, Ukrayna lideri özünü cəzasız hesab edir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin növbəti dəfə “sifətinə sillə” vurulduğunu bildirmişdi.

 

Nigar