Təcili! ABŞ İran qüvvələrini vurdu
05 Sentyabr 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
235
17.10.2024, 11:29
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı üçüncü sui-qəsd cəhdində şübhəli bilinən Vem Miller milliyətcə erməni olduğunu açıqlayıb.
Oxu24.az xəbər verir ki, o bu barədə “Fox News Digital”a müsahibəsində danışıb.
Miller saxlanılarkən avtomobilindən tapılan saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə suala cavab verərkən onların saxta olmadığını iddia edib.
Onun sözlərinə görə, o, ermənidir və üzərində əsl erməni ad və soyadını əks etdirən sənədlərə sahibdir.
49 yaşlı V.Miller, həmçinin ona qarşı ittihamların gerçək olmadığını vurğulayıb.
Qeyd edək ki, Vem Miller oktyabrın 12-də Kaliforniyada Donald Trampın seçkiqabağı mitinqinin keçirildiyi yerin yaxınlığında, nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Yoxlanış zamanı qara yolsuzluq avtomobili idarə edən Millerin maşınında silah aşkar edilib. O, qanunsuz silah gəzdirdiyinə görə saxlanılsa da, sonradan girov müqabilində sərbəst buraxılıb. Yerli şerif Çad Byanko insidentin Trampa qarşı növbəti sui-qəsd cəhdi ola biləcəyini ehtimal edib. Buna baxmayaraq, ona qarşı hələ federal ittihamlar irəli sürülməyib.
Onu da xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Sentyabrın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.
11:21 / 05 Sentyabr 2026
1
11:16 / 05 Sentyabr 2026
21
11:03 / 05 Sentyabr 2026
103
11:01 / 05 Sentyabr 2026
27
10:55 / 05 Sentyabr 2026
30
10:28 / 05 Sentyabr 2026
52
10:24 / 05 Sentyabr 2026
47
10:20 / 05 Sentyabr 2026
247
10:18 / 05 Sentyabr 2026
51
10:17 / 05 Sentyabr 2026
54
02:49 / 05 Sentyabr 2026
246
02:36 / 05 Sentyabr 2026
381
02:34 / 05 Sentyabr 2026
191
02:23 / 05 Sentyabr 2026
220
23:46 / 04 Sentyabr 2026
88
23:20 / 04 Sentyabr 2026
86
23:00 / 04 Sentyabr 2026
104
22:39 / 04 Sentyabr 2026
107
22:35 / 04 Sentyabr 2026
105
22:23 / 04 Sentyabr 2026
116
21:59 / 04 Sentyabr 2026
93
21:41 / 04 Sentyabr 2026
82
21:24 / 04 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.