Qaynar xətt:

(+99450) 247 90 86

Notr-Dam yanğınını bilən Vanqa bu il üçün daha nələri deyib?

2019-04/1555440288_1555437532_vanqa.jpg

DÜNYA

1810

16.04.2019, 22:45

\"\" Görücü Vanqanın (1911-1996) Paris Notr-Dam Kilsəsindəki yanğınla bağlı proqnozu düz çıxdıqdan sonra insanlar onun 2019-cu il üçün digər öncəgörmələri ilə maraqlanmağa başlayıb.
İndiyədək dünyada baş vermiş bir çox mühüm hadisələri – 11 sentyabr hücumu, şahzadə Diananın ölümü, “Ərəb baharı”, İŞİD, “Brexit” sazişi – qabaqcadan xəbər verən Vanqa cari il üçün aşağıdakıları proqnozlaşdırıb: Asiya qitəsini güclü sunami dalğası vuracaq. Rusiyaya meteroit düşəcək. Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olacaq, ancaq bu cəhd uğursuzluqla nəticələnəcək. Avropa iqtisadi cəhətdən çökəcək. ABŞ prezidenti Donald Tramp beyin travması alacaq və eşitmə qabiliyyətini itirəcək