Qaynar xətt:

(+99450) 247 90 86

İsrail prezidenti Livanla müharibə istəmədiyini bildirib

İsrail prezidenti Livanla müharibə istəmədiyini bildirib

DÜNYA

232

24.09.2024, 21:49

İsrail Livanın şiə Hizbullah qrupu ilə müharibə istəmir, lakin öz vətəndaşlarını qorumağa borcludur.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə İsrail dövlətinin prezidenti İsaak Hersoq X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Dəfələrlə təkrar edirəm: İsrail Livanla müharibə istəmir. Amma bizim xalqımızı qorumaq hüququmuz və borcumuz var”, - deyə o yazıb.

İsrail lideri həmçinin Hizbullahın mülki evlərdə raketlər saxladığını imitasiya edən İsrail Müdafiə Qüvvələrinin (IDF) videosunu da yayıb. Hersoqun sözlərinə görə, minlərlə uzaqmənzilli raket mülki şəxslərin qonaq otaqlarında, yataq otaqlarında və mətbəxlərində saxlanılır və sonra israilliləri öldürmək üçün buraxılır.

Bundan əvvəl İsrail ordusu Livanın cənubunda Hizbullahın onlarla hədəfinə zərbələr endirdiyini bildirib. İsrail hərbçilərinin Hamakim ərazisini gecə atəşə tutmaq üçün istifadə edilən buraxılış qurğularına hücum etdiyi dəqiqləşdirilir.

 

Miri