Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Baydenin Qəzzada atəşkəsə nail olmaq qabiliyyətinə şübhə ilə yanaşır

ABŞ Baydenin Qəzzada atəşkəsə nail olmaq qabiliyyətinə şübhə ilə yanaşır

DÜNYA

228

23.09.2024, 17:24

ABŞ prezidenti Co Bayden böyük ehtimalla yaxın gələcəkdə Qəzza zolağında atəşkəs razılaşmasını təşkil edə bilməyəcək.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə “Politico” qəzeti Amerika administrasiyasının üç rəsmisinə istinadən məlumat yayıb.

Materialdan belə çıxır ki, Vaşinqton İsrail hakimiyyəti ilə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli üçün danışıqları davam etdirməyi planlaşdırır. O cümlədən cari həftəyə müvafiq görüşlərin keçirilməsi planlaşdırılır.

“Ancaq razılaşmanın tezliklə bağlanacağına çox az ümid var”, - məqalə müəllifləri vurğulayırlar.

Onlar qeyd ediblər ki, ABŞ rəsmiləri İsrailin baş naziri Binyamin Netanyahu və HƏMAS lideri Yəhya Sinvarın atəşkəs bağlamaq istəyinin olduğuna əmin deyillər.

Nəşrin mənbələrinin bildirdiyinə görə, hazırda atəşkəslə bağlı razılaşmaların əldə olunmasına iki amil mane olur. Onlardan biri də yəhudi dövlətinin Fələstin hərəkatının etiraz etdiyi Qəzza zolağı ilə Misir sərhədində hərbi mövcudluğunu saxlamaq istəyidir. İkincisi, İsrail rəhbərliyi ilə HƏMAS arasında sövdələşmə çərçivəsində tərəflərin mübadilə edə biləcəyi əsir və girovların sayı ilə bağlı fikir ayrılığıdır.

Eyni zamanda jurnalistlərə məlum olub ki, Bayden Qəzza zolağında atəşkəs sazişinin imzalanmasını işinin əsas istiqaməti hesab edir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti atəşkəs razılaşmasının neçə bəndinin İsrail və HƏMAS tərəfindən razılaşdırıldığını bildirmişdi.

 

Nigar