Qaynar xətt:

(+99450) 247 90 86

Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib

Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib

DÜNYA

191

20.09.2024, 14:00

3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib.

Bu barədə  Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.

Qeyd edək ki, Xətai rayonundakı 3 nömrəli uşaq evindən qaçdığını deyən 13 yaşlı yeniyetmə dünən “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib. O deyib ki, müəssisədə uşaqlar kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovşaqda döyülür.